Tunis Respublikasının Prezidentinə təbrik ünvanlanıb

Tunis Respublikasının Prezidentinə təbrik ünvanlanıb

Prezident İlham ƏliyevTunis Respublikasının Prezidentini Zati-aliləri cənab Munsef əl-Mərzuqiyə təbrik ünvanlayıb. SİA-nın xəbərinə görə, təbrikdə bildirilir: "Hörmətli cənab Prezident, Tunis Respublikasının Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm. Ümidvaram ki, Azərbaycan ilə Tunis arasındakı ənənəvi dostluq və əməkdaşlıq münasibətləri xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da inkişaf edəcək və genişlənəcəkdir. Sizə möhkəm cansağlığı, səadət, dost Tunis xalqının rifahı naminə qarşıdakı fəaliyyətinizdə uğurlar diləyirəm\".


Bütün xəbərlər Facebook səhifəmizdə