BMT qazaxları xəbərdar etdi

BMT Qazaxıstan hakimiyyətini Janaozendə baş verən hadisələri araşdırmağa çağırıb. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, təşkilatın insan hüquqları üzrə ali komissarı Navi Pillay BMT-nin Qazaxıstanın Janaozen şəhərində baş verən iğtişaşlar zamanı 10 nəfərin ölməsi ilə bağlı narahatçılğını bildirib.

O, BMT-nin insan hüquqları üzrə komitəsinin Qazaxıstan hökümətini, hadisələrin dərhal araşdırılmasını və güc tətbiq olunmadan ərazidə sabitliyi təmin etməyə çağırdığı bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə