Erdoğan Fransaya sərt xəbərdarlıq edib

Erdoğan Fransaya sərt xəbərdarlıq edib

Ruandada edilən qırğınlarda Fransanın rolunu görən yoxdur. Öz tarixi ilə üzləşməyənlər Türkiyəni günahlandıra bilməzlər. SİA-nın xəbərinə görə, Türkiyənin Baş naziri Rəcəb Tayyip Ərdoğan Liviya Milli Keçid Şurasının sədri Mustafa Abdülcəlil ilə görüşdükdən sonra mətbuat konfransında deyib.

O, Fransaya çox sərt xəbərdarlıqlar edib: "Parlamentlər tarixi yalanlara qarşı çıxanlara əngəl olmamalıdır. 21-ci əsrdə bir Avropa ölkəsinin tarixi yalanları tənqid edənlərə qarşı süni maneələr yaratması utancverici haldır. Erməni iddialarınına dair qanun layihəsinin Fransa parlamentində səsverməyə çıxarılması münasibətlərimizin birdəfəlik pozulmasına səbəb ola bilər".

Bütün xəbərlər Facebook səhifəmizdə