Avropa İttifaqı İranın nüvə proqramı ilə əlaqəsi olan 180 fərd və şirkətə qarşı əlavə sanksiyalar tətbiq etməklə, İrana qarşı təzyiqlərini artırıb. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, qurum İranın enerji sektorunun da hədəf alınacağını bəyan edib.
Avropa İttifaqının sanksiyaları ABŞ da daxil edilməklə, beynəlxalq ictimaiyyətin son ölçülərindəndir. Beynəlxalq Atom Enerjisi Agentliyinin İranın nüvə proqramından hərbi məqsədlərlə istifadə edə biləcəyinə dair hesabatından sonra o ölkəyə qarşı təzyiqlər gücləndirilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB