Nyu-Yorkun Manhetten səmtinin Federal Məhkəməsi 2001-ci ilin sentyabrın 11-də ABŞ-da məşum teraktlar törətmiş terrorçulara İranın hakimiyyət dairələrinin yardım etdiyini bəyan edib. SİA-nın "The New York Times\"a istinadən bildirir ki, terrorda günahkarlar arasında \"Hizbullah\", \"Taliban\" və \"Əl Qaeda\"nın da adları çəkilir.
Məhkəmənin qətnaməsində bildirilir ki, İranın hakimiyyət dairələri ABŞ-a qarşı \"Əl Qaeda\" ilə birlikdə fəaliyyət göstərib. \"Əl Qaieda\" ilə İranın hakimiyyət dairələri arasında əlaqələrdə \"Hizbullah\"ın hərbi əməliyyatlarının koordinatoru İmad Muqniyenin vasitəçilik etdiyi vurğulanıb. İmad Muqniye 2008-ci ildə İsrailin xüsusi əməliyyatı nəticəsində qətlə yetirilib. Ekspertlər isə hesab edirlər ki, \"Əl Qaeda\" terror təşkilatı ilə İranın hakimiyyət dairələri arasında əlaqələrin varlığı şübhə doğurur. Ən azı ona görə ki, \"Əl Qaeda\" İran rəhbərliyinə nifrətini gizlətmir və İran ərazisində dəfələrlə teraktlar keçirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB