Suriyada 3 nəfər nümayişlərin qurbanı oldu

Suriyada 3 nəfər nümayişlərin qurbanı oldu

Suriyada təhlükəsizlik qüvvələrinin növbəti dəfə atəş açması nəticəsində 3 nəfər həyatını itirib. SİA-nın xarici mətbuata istinadən məlumatına görə, təhlükəsizlik qüvvələri nümayişləri dağıtmaq üçün göz yaşardıcı qazlardan istifadə edib. Suriyada Bəşər Əsəd rəhbərliyinə qarşı mart ayından bu yana etirazlarda ümumilikdə 5 mindən çox insan öldürülüb.


Bütün xəbərlər Facebook səhifəmizdə