Əhməd Davudoğlu Salehidən izahat istədi

Əhməd Davudoğlu Salehidən izahat istədi

Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu iranlı həmkarı Əli Əkbər Salehi ilə telefon əlaqəsi saxlayaraq İran parlamentinin Xarici siyasət və milli təhlükəsizlik komissiyasının sədr müavini Hüseyn İbrahiminin açıqlamasına aydınlıq gətirməsini istəyib. SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, Əli Əkbər Salehi isə iranlı deputatın fikirlərinin İran hökumətinin mövqeyini əks etdirmədiyini bildirib.

Qeyd edək ki, H. İbrahimi İran Silahlı Qüvvələrinin Türkiyənin Malatya vilayətində quraşdırılacaq NATO-nun raketdən müdafiə radarını zərərsizləşdirmək üçün planları olduğunu bəyan edib.

Bütün xəbərlər Facebook səhifəmizdə