Timoşenkonun məhkəməsi insidentsiz ötüşmədi

Timoşenkonun məhkəməsi insidentsiz ötüşmədi

Ukraynanın eks-baş naziri Yuliya Timoşenko Rusiya ilə bağlanan qalmaqallı qaz müqaviləsinə görə, yeddi il azdlıqdan məhrum edilib. SİA-nın Şərqi Avropa və Ukrayna bürosunun verdiyi məlumata görə, qərardan şikayət edən Timoşenkonun apelyasiya məhkəməsi keçirilib.


Gözlənildiyi kimi məhkəmə insidentsis ötüşməyib. İki polis nəfəri Timoşenko tərəfdarları ilə qarşıdurmada ciddi xəsarət alıblar. Hazirda polis əməkdaşları həkim nəzarətindədir.


O ki, qaldı Timoşenkonun işinə, hələlik bu barədə mətbuata açıqlama verilməyib. Lakin o da xüsusi vurğulanır ki, Timoşenkonun 1990-cı illərdən şəxsi biznesi ilə bağlı xeyli cinayət tərkibli işləri olub. Timoşenko tərəfdarları Kiyev şəhərinin mərkəzində qurduqları çadırları tərk etməsələr də, onlar eks-baş nazirin həbs olunacağına da şübhə etmirlər.


Hazırda Timoşenkonun səhhəti çox ağır olduğu üçün sərbəst hərəkət edə bilmir.


Əlmaniz Ələkbərli

Bütün xəbərlər Facebook səhifəmizdə