Timoşenkonun apellyasiya işi ilə bağlı məhkəmə başlayır

Timoşenkonun apellyasiya işi ilə bağlı məhkəmə başlayır

Kiyevin apellyasiya məhkəməsi Ukraynanın oktyabrda 7 il həbs cəzasına məhkum olunmuş sabiq baş naziri Yuliya Timoşenkonun apellyasiyası üzrə işi bu gün yenidən nəzərdən keçirir. SİA-nın "Ria Novosti" saytına istina verdiyi xəbərə görə,

Keçmiş baş nazirin müdafiə qrupunun rəhbəri, parlamentin deputatı Sergey Vlasenko Yuliya Timoşenkonun səhhətinin ona bu günki prosesdə də iştirak etmək imkanı verməyəcəyini düşünsə də, güclə apellyasiya məhkəməsinə gətirələcəyini də istisna etməyib. Vəkilin sözlərinə görə, Yuliya Timoşenko öz həyatına görə ehtiyat edir və hesab edir ki, ölkə rəhbərliyi onun xəstəlikdən ölməsi üçün hər şey edir.

Qeyd edək ki, Yuliya Timoşenkonun səhhətinin pisləşməsi səbəbindən dekabrın 1-də ilkin dinləmə onun iştirakı olmadan keçrilmişdi.

Bütün xəbərlər Facebook səhifəmizdə