İranda 15 casus tutulub

İran rəhbərliyi ABŞ-ın xeyrinə casusluq etməkdə şübhəli bilinən 15 nəfərə qarşı ittiham irəli sürüb. SİA-nın "İRNA" ya istinadən verdiyi xəbərə görə, bunu ölkənin baş prokuroru Abbas Cəfəri Dövlətabadi məlumat verib.

Dövlət ittihamçısı bu həbsin 2011-ci il noyabrın sonlarında ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ), İsrailin "Mossad" təşkilatı və bir sıra digər xüsusi xidmət orqanlarının on iki casusun həbsi ilə əlaqədar olub-olmadığını bildirməyib

Bütün xəbərlər Facebook səhifəmizdə