Obama müharibənin bitdiyini açıqladı

Obama müharibənin bitdiyini açıqladı

ABŞ prezidenti Barak Obama İraqın baş naziri Əl-Maliki ilə birlikdə təşkil etdiyi mətbuat konfransında bildirib ki, 9 il sonra nəhayət İraqdakı döyüşlər bu ay sona çatdı\'. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, Obama Ağ Evdə Nuru Əl Maliki ilə görüşdən sonra təşkil etdiyi mətbuat konfransında bır sıra məsələlərə aydınlıq gətirib. O, bu müharibənin sona çatmasında başlıca məqsədin İraqla bir çox sahələrdə əlaqələri inkişaf etdirmək olduğunu söyləyib: "İraq xalqı bunu birmənalı şəkildə bilməlidir ki, tək qalmayacaq. ABŞ hər zaman güclü və daimi bir şəkildə İraq xalqının yanında olacaq", –deyə ABŞ prezidenti sözlərinə əlavə edib.


Bütün xəbərlər Facebook səhifəmizdə