Rusiya prezidenti Dmitri Medvedev ötən həftə parlament seçkilərində baş vermiş saxtakarlıq hallarının araşdırılması ilə bağlı göstəriş verib. SİA-nın Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, Facebook sosial şəbəkəsində müraciət edən Medvedev seçkilərin yenidən keçirilməsi tələbi ilə Moskva və başqa Rusiya şəhərlərinin küçələrinə axışan on minlərlə nümayişçi ilə razı olmadığını bildirib.
O, eyni zamanda bildirib ki, nümayişçilərin öz etirazlarını ifadə etmək hüququna malikdir və bu onların suveren hüququdur..
Qeyd edək ki, dünən Moskva, Sankt Peterburq və Uzaq Şərqdəki Xabarovsk və Vladivostok şəhərləri də daxil olmaqla onlarla şəhərdə kütləvi etiraz aksiyaları keçirilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB