İranın poladtökmə zavodunda partlayış baş verib: 7 nəfər ölüb, 12-si yaralanıb
İranın Yəzd əyalətindəki Qədir zavodunda partlayış baş verib. SİA-nın İRNA agentliyinə istinadən verdiyi məlumata əsasən, hadisə ötən gün saat 19:15-də baş verib.
Baş verən partlayış zamanı 7 nəfər ölüb, 12 nəfər yaralanıb. Ölənlər arasında xarici vətəndaşlar da olub. Partlayışın səbəblərini müəyyənləşdirmək üçün istintaq aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB