Hüseyn Salami: "İran ABŞ-ın təyyarəsini geri qaytarmayacaq, onlara daha böyük cavab verəcəyik"
Rəsmi Tehran bəyan edib ki, bir neçə gün əvvəl İran Hərbi Hava Qüvvələrinin zərərsizləşdirdiyi ABŞ-ın pilotsuz təyyarəsini geri qaytarmayacaq. Bu barədə İranın ordu generalı Hüseyn Salami dövlət televiziysına müsahibəsində deyib. İran hərbçisi Birləşmiş Ştatların pilotsuz təyyarəsinin İranın hava məkanında görünməsini hücum aktı kimi qiymətləndirib və bildirib ki, İran bununla bağlı Amerikaya daha böyük cavab verəcək.
Xatırladaq ki, Birləşmiş Ştatlara məxsus pilotsuz təyyarə ötən bazar Əfqanıstan sərhədlərinə yaxın ərazidə İran ordusu tərəfindən zərərsizləşdirilib. İran hərbçiləri radioelektron vasitələrlə təyyarənin idarəetməsinə qoşulduqlarını və onu yerə endirdiklərini iddia edir. Qərb mütəxəsissləri hesab edir ki, belə bir faktın baş verməsi Pentaqonun imicinə ciddi zərbədir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB