Konqo Demokratik Respublikasında prezident seçkilərinin nəticələrinin elan olunmasından sonra paytaxt Kinşasada zorakılıqlar başlayıb. "Frans Press" agentliyinin məlumatına görə, toqquşmalar nəticəsində azı dörd nəfər ölüb.
Konqo Mərkəzi Seçki Komissiyasının məlumatına görə, seçkilərdə ölkənin fəaliyyətdə olan prezidenti Jozef Kabila qalib gəlib və əsas rəqibi Etyen Tşisekedini üstələyib.
Ölkənin müxalifət partiyaları və müxalifətdən olan prezidentliyə namizədlər hələ nəticələr elan olunmamışdan bəyan etmişdilər ki, çoxsaylı nöqsanlarla müşayiət olunan seçkilərin nəticələrini tanımırlar. Hələ səsvermədən əvvəl müxtəlif namizədlərin tərəfdarları arasında toqquşmalar başlayıb və nəticədə azı 18 nəfər ölüb.
Son dörd qurbana gəldikdə isə, daxili işlər naziri Şarl Bisengimana onların asayiş keşikçiləri tərəfindən öldürüldüyünü etiraf edib. Onun sözlərinə görə, öldürülənlərdən üçü talançı olub, bir qadın isə səhvən gülləyə tuş gəlib.
Son seçkilər Konqoda 1998-2002-ci illərin qanlı vətəndaş müharibəsindən sonra keçirilən ikinci prezident seçkiləridir. İkinci Konqo müharibəsi adlandırılan 6 il ərzində 4 milyona yaxın adam vətəndaş qarşıdurmasının qurbanı olmuşdu.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB