Hindistanda xəstəxanada yanğın olub - 40 nəfər ölüb

Hindistanda xəstəxanada yanğın olub - 40 nəfər ölüb

Hindistanın şərqində yerləşən Kəlküttə şəhərindəki xəstəxanada yanğın olub. SİA-nın türk mətbuatına istinadən verdiyi xəbərə görə, yanğının xəstəxananın zirzəmisində başladığı və binanın 4 mərtəbəsinə sürətlə yayıldığı bildirilir.

İlkin məlumata əsasən, 40 nəfər ölüb. Ölənlərin sayının artacağı istisna olunmur. Hadisə yerində 20 yanğınsöndürmə briqadası işləyir

Bütün xəbərlər Facebook səhifəmizdə