Livanın cənubunda partlayış baş verib, aralarında BMT-nin sülhməramlı kontingentinin hərbi qulluqçularının da olduğu yeddi nəfərədək insan xəsarət alıb. RİA Novosti xəbər verir ki, bu barədə yerli təhlükəsizlik xidmətindəki mənbə məlumatı yayıb.
Frans Press Agentliyinin məlumatına görə, hadisə Tir şəhərində baş verib. Bu məlumatlara görə, xəsarət alanların arasında ən azı beş fransalı sülhməramlı var.
Hərbçilər bu yaşayış məntəqəsində cavabdehlik zonalarında patrul xidməti apararkən onların zirehli transportyoru partlayıcı qurğuya düşərək partlayıb. BMT hərbi qulluqçularının şahidliyinə görə, yaralılar arasında bir neçə təsadüfi yoldan keçənlər var.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB