Türkiyə banklarında Suriyaya məxsus 111 milyon dollarlıq hesablar dondurulub
Türkiyə banklarında Suriyaya məxsus 111 milyon dollarlıq hesablar dondurulub. SİA-nın "Qruziya Online" agentliyinə istinadən verdiyi məlumata görə, bu addım Ankaranın Bəşər Əsəd rejiminə qarşı tətbiq etdiyi sanksiyaların tərkib hissəsi kimi atılıb.
Dondurulmuş aktivlər Suriyanın Mərkəzi Bankı və "VTB"yə məxsusdur.
Xatırladaq ki, sanksiyalar səbəb, Əsəd rejiminin hökumət əleyhinə nümayişlər keçirən insanlara qarşı amansız davranmasıdır. Bu ölkədə martdan etibarən hökumət qüvvələrilə müxalifətçilər arasında davam edən toqquşmalarda 4 mindən artıq insan həlak olub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB