Deputat inəyi parlamentə keçirməyə çalışıb

Deputat inəyi parlamentə keçirməyə çalışıb

Ukrayna Ali Radasının deputatı Oleq Lyaşko parlament binasına inəyi keçirməyə cəhd edib. Ukrayna mətbuatının verdiyi məlumata görə, deputatın istəyinin reallaşmasına xüsusi təyinatlılar mane olub.


Karina adlı inəyi O.Lyaşkoya parlament binası yaxınlığında keçirilən mitinqin iştirakçıları hədiyyə edib. Onlar Ali Radada "Torpaq bazarı haqqında" qanun layihəsinin qəbuluna qarşı çıxır.


Nəticədə niyyətinə çata bilməyən O.Lyaşko inəyi geri yük maşınına aparmağa məcbur olub.


Qeyd edək ki, O.Lyaşko vaxtilə Yuliya Timoşenko Blokuna daxil idi. Lakin bir il əvvəl onu oradan qovublar. Buna səbəb "Youtube"də yer alan video olub. Həmin videoda 1994-cü ildə gənc Lyaşkonun polisdə dindirilməsi lentə alınıb. Video kadrlarda Lyaşko "mavi" məmurla əlaqələrindən danışır.

Bütün xəbərlər Facebook səhifəmizdə