İndoneziyada zəlzələ olub

İndoneziyanın şərqində yerləşən Qərbi Papua əyalətində 6,1 maqnitudada zəlzələ olub. İndoneziya Meteorologiya, İqlimşünaslıq və Geofizika Agentliyinin məlumatına əsasən, zəlzələnin episentri Kaimana şəhərindən 120 km cənub-qərbdə qeydə alınıb.

Dağıntı və tələfat barədə məlumat verilmir. Sunami xəbərdarlığı edilməyib.

Bütün xəbərlər Facebook səhifəmizdə