Suriyada səkkiz ay ərzində 256 uşaq qətlə yetirilib

Suriyada səkkiz ay ərzində 256 uşaq qətlə yetirilib

BMT sorğu komissiyası BMT İnsan Haqları Şurasına təqdim etdiyi hesabatda Suriya əsgərlərinin və təhlükəsizlik qüvvələrinin Əsəd rejiminin anti-hökumət nümayişçilərinə qarşı səkkiz ay sürən basqıları müddətində insanlığa qarşı cinayətlər törətdiklərini müəyyən edib. SİA-nın \"voanews.com\" saytına istinadən verdiyi xəbərə görə, üç nəfərlik BMT komissiyası 223 zərərçəkən və şahid dindirib. Hesabatda deyilir ki, Suriyada insan haqları pozuntuları sırasında hökumət qüvvələrinin silahsız vətəndaşlara atəş açması və uşaqları hədəf alması, arbitrar həbslər, adam oğurluğu, işğəncə və zorlama aktları daxildir. Noyabr ayından bəri Suriyada 256 uşaq qətlə yetirilib.

Bu hesabat Ərəb Liqasının Suriyaya sanksiyalar tətbiq etməsindən bir neçə gün sonra açıqlanıb. İlk dəfə olaraq Ərəb Liqası 22 üzvündən birinə qarşı sanksiyalar tətbiq edib. Bu sanksiyalara ərəb ölkələrində saxlanılan Suriya hökumət vəsaitlərinin dondurulması, Suriya mərkəzi bankı ilə maliyyə əməliyyatlarının dayandırılması, Əsəd və onun köməkçilərinin səyahətinə qadağa qoyulması daxildir. Səsvermədən sonra mətbuat konfransı keçirən Qatar xarici işlər naziri Həməd bin Casim deyib: "Suriyada xalqı öldürülür, amma biz bunu istəmirik. Hər bir Suriya rəsmisi hətta bir adamın belə öldürülməsini qəbul etməməlidir."

Bütün xəbərlər Facebook səhifəmizdə