Rusiyanın Mərkəz Seçki Komissiyasının məlumatlarına görə, səslərin 96 faizi hesablanıb. Rusiyanın baş naziri Vladimir Putinin başçılıq etdiyi iqtidar partiyası "Yedinaya Rossiya" səslərin 50,08 faizini toplayıb.
İlk açılan qutularda səslərin 46 faizini toplayan "Yedinaya Rossiya"da əhvallar qismən pozulub, hər nə qədər \"zəfər\" elan edilsə də Putin nəticələri \"müvəffəqiyyətsizlik\" olaraq qiymətləndirib. Çünki 2007-ci ilin dekabr ayında parlament seçkilərində seçicilərin 64,3 faizinin səsini qazanan "Yedinaya Rossiya" 450 yerlik Dumada 315 millət vəkili ilə təmsil olunurdu.
Mərkəz Seçki Komissiyasının məlumatlarına görə Kommunist Partiyası 19,23 faiz "Spravedlivaya Rossiya" 12,9 faiz və Liberal Demokrat Partiyası isə 11,74 faiz səs toplayıb. Seçicilərin 2,94 faiz səsini toplayan \"Yabloko\", 0,96 faiz səs toplayan "Patriotı Rossii" 7 faizlik minumum baryeri keçə bilmədikləri üçün Dumada təmsil olunmaq şanslarını itiriblər.
Putinin partiyası 238 millət vəkili ilə təmsil olunacaq
Rusiyada Bazar günü keçirilən parlament seçkilərində Vladimir Putinin iqtidardakı "Yedinaya Rossiya" Partiyası 238 millət vəkili çıxarıb.
2007-ci ilin dekabrında parlament seçkilərində 64,1 faiz səs toplayan partiyanın 450 yerlik parlamentdə millət vəkili sayı 315-dən 238-ə düşüb.
Nüfuzunu yüksəldən Kommunist Partiyası 92 yer qazanıb. "Spravedlivaya Rossiya" Partiyası 64 millət vəkili ilə Dumada təmsil olunacaq.
Vladimir Jirinovskinin liderliyini etdiyi Liberal Demokratik Partiyası isə Dumada 56 yerə sahib oldu.
Rusiya müxalifəti: İqtidar nüfuzunu itirir
Rus müxalifət partiyaları Duma seçkilərində qanun pozuntularının baş verdiyini iddia edir. Kommunist Partiyası Rusiyanın baş naziri Vladimir Putinin partiyasının nüfuzdan düşdüyünü və müflisləşdiyini iddia edib. Liberal Demokrat Partiyasının (LDPR) lideri Vladimir Jirinovski ən az səslərin 30 faizini toplayacaqlarına inandığını deyib. Parlamentə girə bilməyəcəyi ehtimal olunan "Yabloko" isə seçki nəticələrini tanımamağa hazırlaşır.
Moskvada jurnalistlərə açıqlama verən və seçkinin nəticələrini dəyərləndirən Jirinovski bildirib ki, əgər seçkilər dürüst şəkildə aparılsa 20 faizdən 30 faizə qədər səs alacağımıza ümid edirik.
Zuqanov da seçki pozuntularından şikayət edib
Kommunist Partiyasının sədri Zuqanov hətta Moskvada belə seçki pozuntularının baş verdiyini deyib: \"İqtidar yenə vətəndaşların öz ifadələrini azad şəkildə ortaya qoymasına maneələr törədirlər. Bunun üçün çox çirkin vasitələrdən istifadə edirlər. Bu cür vasitələrdən Moskvada da istifadə edilib. Moskvada səsvermə məntəqələrinin birində bizim müşahidəçilərimizi qovublar. Oxşar hadisə Tula bölgəsində də yaşanıb. Burada da Kommunist Partiyasından olan müşahidəçiləri qovulublar\".
"Yedinaya Rossiya"nın nüfuzdan düşdüyünü deyən Zuqanov, \"İctimaiyyətin azad fikirlərini məhdudlaşdırmaq səylərinə baxmayaraq, ölkə "Yedinaya Rossiya"nı dəstəkləməyi rədd etdi. Bu partiya artıq məğlubiyyətə doğru gedir. Xalq ona etibar etmir və Dumada fərqli bir siyasi ab-hava ilə qarşılaşacağıq\" deyib.
"Yabloko" Partiyası adından danışan partiya sədrinin köməkçisi Sergey Mitroxin seçkilərin qanuniliyini tanımamağa hazırlaşdıqlarını açıqlayıb. Səslərin 10 faizini topladıqlarını iddia edən Mitroxin bölgələrdə seçki məntəqələrində çoxlu sayda pozuntuların olduğunu bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə
Digər xəbərlər
Xəbər lenti
Tramp prezidentlikdən qazanc əldə edir..?
Dünya 18:49İnsanı inandırmağın yeddi yolu..?
Sosial 18:27“Müharibəyə çevrilmə” mərhələsi...
Dünya 18:06Dağıstan Respublikasına yeni rəhbər seçilib
Dünya 17:52Kobaxidze Ermənistana səfər edib
Dünya 17:20Gürcüstan müxalifəti etiraz aksiyaları elan edib
Dünya 17:07Paşinyan İşçi Qrupu yaradıb...
Dünya 17:02Bakı Bəyannaməsi qəbul edilib
Siyasət 16:34Avrasiya diplomatiyasının Bakı triumfu - ANALİZ
Siyasət 16:25Çörəyin qiyməti qalxacaq? - İQTİSADÇI AÇIQLADI
İqtisadiyyat 16:20Hərbivəzifəlilərin təlim toplanışı davam edir
Siyasət 14:51Bu ilin ilk 9 ayı ərzində ölkə ərazisində 1 100 transformator təmir olunub
İqtisadiyyat 14:50Tarixin yeni dövrünü yazan və yaşadan lider TƏHLİL
Siyasət 14:37Yəmən müharibəsi necə bitəcək? - GÜNÜN SUALI
Siyasət 14:35“Azərişıq”da elektrik enerjisi itkiləri azalır
İqtisadiyyat 14:03Qusar-Həzrə-Sudur avtomobil yolunda bərpa işləri başa çatıb
İqtisadiyyat 13:55"Azərişıq" ASC bu ilin yanvar-sentyabr aylarında 272 892 müraciət qəbul edib
İqtisadiyyat 13:49Payız depressiyası nədir? - ARAŞDIRMA
Sosial 13:46BDYPİ beynəlxalq sərgidə təmsil olunur
Sosial 13:20Sabah Bakıda hava çiskinli olacaq
Hadisə 12:51Laos üzv dövlət qismində AQEM-ə qoşulub
Siyasət 12:44SOMDA xidmətə qəbulla əlaqədar müsabiqə elan edir...
Sosial 11:51Bakıda kəlağayı ilə milli irs yürüşü keçirilib - REPORTAJ
Mədəniyyət 10:55Qızıl və gümüş bahalaşıb
İqtisadiyyat 10:45Azərbaycan nefti 4 dollara yaxın ucuzlaşıb
İqtisadiyyat 09:45Bakıda 20 yaşlı gənci bıçaqlayıblar
Hadisə 05:04Husilər 700 əsgəri girov götürdü
Dünya 04:06"Fənərbağça" İngiltərədə DARMADAĞIN OLDU!
İdman 03:22Özəl xəbərlər
Digər xəbərlər
Redaktorun seçimi
Köşə yazıları
Populyar
Valyuta məzənnəsi
-
USD
1,7000
0,00%
-
EUR
1,9067
+0,06%
-
GBP
2,2514
-0,24%
-
RUB
2,0148
-0,75%
2008-2026. Səs İnformasiya Agentliyi, Bütün hüquqlar qorunur. Məlumatlardan istifadə etdikdə istinad mütləqdir.
İfadə olunan fikirlərə sayt məsuliyyət daşımır.
Ünvan: Üzeyir Hacıbəyli küçəsi, 66; Bakı, Azərbaycan.
Email: [email protected] Tel.: (+994 12) 598-33-90; Faks: (+994 12) 493-11-62;



