Fransa Tehrandakı səfirliyinin əməkdaşlarının sayını azaldır

Fransa Tehrandakı səfirliyinin əməkdaşlarının sayını azaldır

Fransa höküməti İranda Böyük Britaniya diplomatik korpusuna hücumdan sonra Tehrandakı səfirliyinin əməkdaşlarının sayını \'\'müvəqqəti olaraq\'\' azaltmaq barədə qərar qəbul edib.

SİA-nın RİA \'\'Novosti\'\'yə istinadən verdiyi xəbərə görə, görülmüş tədbirlər Tehrandakı Fransa rəsmilərinə və onların ailə üzvlərinə şamil edilir. Agentliyin xəbərinə görə, yaxın günlərdə həmin şəxslərə ölkəni tərk etmək təklif olunacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə