“Atomic Scientists” jurnalı: "Türkiyənin ən azı 10 atom bombası var!" - ŞOK

“Atomic Scientists” jurnalı: "Türkiyənin ən azı 10 atom bombası var!" - ŞOK

ABŞ-ın 10-20 ədəd atom bombasını Türkiyənin istifadəsinə verdiyi və bu bombaların lazım olduğu halda "Ceylan" adıyla tanınan 142-ci bombardman təyyarələrilə istifadə edilə biləcəyi haqda iddialar var. Bu barədə Amerikanın "Atomic Scientists" adlı jurnalında məqalə dərc edilib. Araşdırmaçılar Robert S. Norris və Hans M. Kristensen tərəfindən hazırlanan yazıda qeyd edilir ki, ABŞ Türkiyəyə atom bombaları verib.

ABŞ-ın Türkiyə də daxil olmaqla, Avropa ölkələrində soyuq müharibə illərindən qalma "taktiki atom bombaları"nı saxladığı yerlər barədə bu araşdırmada ətraflı yazılıb. Araşdırmanı hazırlayanların ABŞ-ın ilk nüvə bombasını hazırlayan "Manhattan Project"də işləyən elm adamları olması xüsusilə diqqəti cəlb edir.

Araşdırmada qeyd edilir ki, atom bombaları rekord sayına 1971-ci ildə çatıb. Həmin ildə Avropada atom bombalarının sayı 7300 idi. Amma zaman keçdikcə onların sayı azaldı və indi Avropada 150-200 ədəd nüvə silahının olduğu güman edilir. Bu bombalara isə Belçika, Almaniya, Hollandiya, İtaliya və Türkiyə ev sahibliyi edir.

"Atom bombasından xilas" eksperti, jurnalist Aron Steyn məsələ barədə deyib ki, türk pilotları bir müddətdir ki, nüvə missiyası üçün təlim keçirməyi dayandırıb və onlar sadəcə bomba daşıyan ABŞ təyyarələrini qorumaq işini yerinə yetirirlər. Ancaq Türkiyənin bu missiya üçün pilotlara təlim verdiyinə dair hər hansı sübut yoxdu. Steyn iddia edir ki, nüvə silahları yaxın müddətdə Türkiyədən geri çağırılmayacaq.

Rusiyanın minlərlə nüvə silahı olduğunu deyən Steyn əlavə edir ki, nüvə silahları Türkiyədən ABŞ-Rusiya danışıqlarından sonra və yaxud iqtisadi böhranın təsiriylə əlavə xərclərdən qurtulmaq istəyən ABŞ Konqresinin qərarından sonra yığışdırıla bilər.

Qeyd edək ki, B61 tipli bu bombaların Türkiyənin İncirlik hərbi bazasında olduğu bildirilir. 2001-ci ildə onların sayı 90, hazırda isə təxminən 60-70 ədəddir. İncirlikdəki durum nüvə başlıqlarının yerləşdiyi Avropadakı digər bazalardan fərqlənir. Bu məqamı araşdırmanı hazırlayan alimlər də xüsusi vurğulayırlar. Bildirilir ki, təxminən 50 bombanın daşına bilməsi üçün ABŞ hərbi təyyarələrinin İncirliyə buraxılması lazımdır, amma Türkiyə tərəfi buna icazə vermir. Yerdə qalan 10-20 arasındakı atom bombasının başlıqları isə Türk F-16A/B tipli təyyarələrlə daşına bilməsinə uyğun dizayn edilib. Hazırda Türkiyənin əlində olan da bu bombalardır.

Bütün xəbərlər Facebook səhifəmizdə