Türkiyə İrana etiraz notası göndərib. SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, nota İran İslam İnqilabı Keşikçiləri Korpusunun aerokosmik bölüyünün komandiri Əmir Əli Hacızadənin bəyanatı ilə bağlıdır.
Eyni zamanda məlum açıqlama ilə bağlı Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu Səudiyyə Ərəbistanının Ciddə şəhərində keçirilən İslam Əməkdaşlıq Təşkilatının toplantısında iranlı həmkarı Əli Əkbər Salihi ilə də bu məsələni müzakirə edib. Salihi Hacızadənin açıqlamasının İranın rəsmi mövqeyi olmadığını bildirib.
Qeyd edək ki, İran İslam İnqilabı Keşikçiləri Korpusunun aerokosmik bölüyünün komandiri Əmir Əli Hacızadə açıqlamasında NATO-nun Türkiyə ərazisindəki raketdən müdafiə sistemlərinə zərbələr endirə biləcəklərini bildirmişdi.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB