Böyük Britaniya və Norveç İrandakı səfirliklərini bağladılar

Böyük Britaniya və Norveç İrandakı səfirliklərini bağladılar

Yerli radikal gənclərin etiraz nümayişlərindən sonra Böyük Britaniyanın Tehrandakı səfirliyi bağlanıb. SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, rəsmi London diplomatlarını İrandan çıxarmaq qərarına gəlib. Britaniyalı diplomatların birinci qrupu vətənlərinə qayıtmaq üçün Tehran hava limanına gəliblər. Bu barədə məlumatı Britaniya höküməti də təsdiqləyib.

Eyni zamanda Norveçdə Böyük Britaniyanın İrandakı səfirliyinə hücumdan sonra bu ölkədəki səfirliyinin fəaliyyətini dayandırıb. Norveç Xarici İşlər Nazirliyinin sözçüsü Hilde Estayn Feld bildirib ki, səfirlik işini noyabrın 29-da hücum faktından bir saat sonra dayandırıb

Bütün xəbərlər Facebook səhifəmizdə