Topqapıda iki nəfəri yaralayan terrorçunun şəxsiyyəti məlum oldu

Topqapıda iki nəfəri yaralayan terrorçunun şəxsiyyəti məlum oldu

İstanbulun Topqapı Sarayı Muzeyində silahlı insident törədən şəxsin kimliyi müəyyənləşdirilib. SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, Türkiyənin daxili işlər naziri İdris Naim Şahin həmin şəxsin 1975-ci il təvəllüdlü Liviya vətəndaşı olduğunu və noyabrın 27-də Türkiyəyə gəldiyini bildirib. Adı açıqlanmayan terrorçu hadisə yerinə Suriya nömrə nişanlı avtomobillə gedib.

Xatırladaq ki, bu gün səhər saatlarında Topqapıya yaxınlaşan naməlum şəxs əlindəki tüfənglə muzeyin mühafizə xidmətində çalışan əsgər və polislərə atış açıb. Nəticədə 2 nəfər yaralanıb. Polislərlə terrorçu arasında atışma 1 saat davam edib. Terrorçu öldürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə