Ermənistan prezidenti Gürcüstanda səfərdədir

Ermənistan prezidenti Gürcüstanda səfərdədir

Ermənistan prezidenti Serj Sarkisyan Gürcüstana iki günlük rəsmi səfərə gedib. SİA-nın xarici mətbuata istinadən xəbərinə görə, Tiflis hava limanında S. Sarkisyanı Gürcüstanın xarici işlər naziri Qriqol Vaşadze və parlamentin sədr müavini Mixail Maçavariani qarşılayıb. Ermənistan prezidenti hava limanından birbaşa həmkarı Mixail Saakaşvili ilə görüşə yollanıb. Prezidentlər əvvəlcə təkbətək, sonra nümayəndə heyətlərinin iştirakı ilə danışıqlar aparacaqlar. Səfər zamanı sərhədyanı əməkdaşlıq, nəqliyyat və mədəniyyət sahələrində sənədlər imzalanaq. S. Sarkisyan parlamentin sədri David Bakradze və patriarx II İlya ilə də görüş keçirəcək, Gürcüstan-Ermənistan biznes-forumuna qatılacaq.


Bütün xəbərlər Facebook səhifəmizdə