Mərakeş hökuməti ölkədə keçirilən parlament seçkilərində islamyönümlü "Ədalət və İnkişaf" partiyasının qələbə qazandığını bəyan edib. SİA-nın BBC-yə istinadən verdiyi məlumata görə, ölkədə seçkilərin rəsmi açıqlanması gələn həftənin əvvəli elan ediləcək.
"Ədalət və İnkişaf " partiyası parlamentin 395 yerindən 80 yerə sahib olacağı gözlənilir. Ölkədə seçki fəallığı 45% təşkil edib. Bu seçkilər Mərakeş kralı Məhəmmədin ərəb inqilablarının təsirindən öz səlahiyyətlərinin bir hissəsini parlament hökumətinə təhvil verməsindən sonra keçirilən ilk seçkilərdir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB