İngiltərədə kütləvi tətillərə hazırlıqlar gedir

İngiltərədə kütləvi tətillərə hazırlıqlar gedir

İngiltərədə dövlət sektorunda işləyən bir çox işçinin gələn həftə tətil etməsi gözlənilir. SİA-nın eorunews-a istinadən verdiyi məlumata görə, tətilin 30 noyabrda 24 saat keçirilməsi gözlənilir. Tətilə 33 həmkarlar təşkilatı ilə 2 milyon insanın dəstək verməsi söylənilir. İşi saxlayanlar arasında 18 min sərhəd təhlükəsizliyi məmurunun olmasının ölkənin ən böyük hava limanı olan "Heathrow" başda olmaqla digər hava limanlarında problemlərə səbəb olacağı bildirilir.

Hazırda hökumətlə həmkarlar təşkilatları arasında danışıqlar davam edir. Həmkarlar təşkilatları ölkədəki işdən çıxarmalara və sərt iqtisadi tədbirlərə etiraz edir. 24 saatlıq işi tərk etmə aksiyasının ölkə iqtisadiyyatına 500 milyon funt sterlinq zərər vura biləcəyi proqnozlaşdırılır.

Bütün xəbərlər Facebook səhifəmizdə