İraqın mərkəzindəki dörd partlayış verib. SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, partlayış nəticəsində ümumilikdə 12 nəfər ölüb, 38 nəfər yaralanıb. Birinci partlayış Əbu-Qreyb şəhərində yol kənarına qoyulmuş partlayıcı qurğunun işə düşməsi nəticəsində baş verib, burada 8 nəfər ölüb, 13 nəfər yaralanıb.
Digər üç partlayış isə bir-birinin ardınca paytaxt Bağdadın mərkəzi Təhrir meydanında törədilib. Burada 4 nəfər ölüb, 25 nəfər yaralanıb.
Partlayışlara görə məsuliyyəti hələlik heç bir terror qruplaşması öz üzərinə götürməyib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB