Misirin hakimiyyətdə olan Ali Hərbi Şurası Kamal Əl-Qanzurinin baş nazir təyin edildiyini elan edib. O, baş nazir vəzifəsində bu həftə hökumətin nümayişçilərin islahat tələblərini yerinə yetirmək üçün güzəştləri çərçivəsində istefa vermiş mülki kabinetin başçısı Essam Şərəfi əvəz edəcək.
Qanzuri bundan əvvəl 1996 və 1999-cu illər arasında perzident Hüsnü Mübarəkin hakimiyyəti dövrü baş nazir olub. 70 yaşlarında olan Kamal Əl-Qanzuri iqtiasdiyyatçıdır.
Cümə günü mətbuat konfransı zamanı cənab Qanzuri deyib ki, baş nazir kimi xalq naminə və xalqın nümayəndəsi kimi ölkəyə xidmət edəcək. O, yeni kabinetin bazar ertəsi günü parlament seçkilərindən sonra formalaşdırılacağını əlavə edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB