NATO səhvən 14 pakistanlı əsgəri öldürdü

NATO səhvən 14 pakistanlı əsgəri öldürdü
NATO helikopterləri Pakistanın Əfqanıstanla sərhədi yaxınlığında hərbi yoxlama məntəqəsinə avia-zərbələr endirib. Pakistan rəsmilərinin məlumatına görə, 14 hərbçi öldürülüb. Ordu rəsmiləri havadan hücumun Pakistanın Mohmand tayfa regionunda baş verdiyini bildiriblər. NATO insidentdən xəbərdar olduğunu və faktın araşdırıldığını bildirib. Pakistan tərəfi isə hücumun "əsassız və ayrı-seçkilik etmədən" həyata keçirildiyini bəyan edir.

Amerika helikopterləri bir neçə aydır ki, Pakistanın Əfqanıstanla sərhədindəki tayfa regionlarında terrorçuların hədəfə alındığı avia-zərbələr həyata keçirir. Dinc sakinlərin və əsgərlərin bu zərbələrin qurbanı olması nadir hal deyil.

Bütün xəbərlər Facebook səhifəmizdə