Rusiyada prezident seçkilərinə start verildi

Rusiyada prezident seçkilərinə start verildi

Rusiyada prezident seçkilərinə start verilib. SİA-nın xəbərinə görə, prezidentliyə namizədlərin yekun siyahısı dekabrın 25-də məlum olacaq. Artıq Rusiya parlamentində təmsil olunmuş 4 partiyadan 3-ü namizədlərini müəyyənləşdiriblər. "Yedinaya Rossiya"nın namizədi baş nazir Vladimir Putin olacaq. Kommunistlər ənənəvi olaraq Gennadi Züqanovun namizədliyini irəli sürəcəklər. Vladimir Jirinovski Liberal-demokratların namizədidir. Lakin buna baxmayaraq "Spravedlivaya Rossiya" hələlik namizədini müəyyənləşdirməyib. Parlamentdən kənardakı partiyalardan "Yabloko"nun namizədi Qriqori Yavlinskidir.

"Pravoe delo" isə Mixail Proxorovu partiyadan kənarlaşdırdıqdan sonra yeni namizəd axtarışındadır.


Bütün xəbərlər Facebook səhifəmizdə