Filippinin cənubunda təşkil edilən terror aktında 4 nəfər ölüb. SİA-nın xəbərinə görə, ölkənin cənubundakı Kotabato bölgəsinin Midsayap şəhərində bir evdə baş verən terror aktında 8 yaşında bir uşaq olmaqla 4 nəfərin öldüyü, xeyli sayda adamın isə yaralandığı bildirilib. Səlahiyyətli şəxslər hadisədən bir neçə saat sonra Midsayapın yaxınlığındakı Tacurong şəhərində də bir məktəbdə partlayış nəticəsində 2 nəfərin yaralandığını deyiblər. Hər iki hadisənin başvermə səbəbləri araşdırılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB