Fransa Suriya Milli Şurasının qanuniliyini tanıyıb

Fransa Suriya Milli Şurasının qanuniliyini tanıyıb

Fransa hökuməti Suriyanın müxalifətçi Milli şurasını qanuni tərəfdaş sayır. SİA-nın xəbərinə görə, bunu Fransa XİN başçısı Alen Jüppe deyib. Onun sözlərinə görə, Fransa rəhbərliyi Milli şuranın başçısı Bürhan Qalyunla danışıqları davam etdirəcək.

Jüppe Milli şuranı Suriyadakı bütün müxalif qrupları birləşdirməyə çağırıb: "Fransa Avropa İttifaqındakı müttəfiqlərinə Suriyada ehtiyacı olanlara yardım çatdırmaq üçün "humanitar dəhlizlər" yaratmağı təklif edəcək".

Bütün xəbərlər Facebook səhifəmizdə