Argentinanın paytaxtı Buenos-Ayres şəhərindən 100 km qərbdə, Mersedes yaşayış məntəqəsi yaxınlığında aviaqəza baş verib. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, Yüngül mühərrikli \"Cessna-150\" tipli mülki təyyarə səmada Argentina Hərbi-Hava Qüvvələrinə məxsus \"Piper P-28 Dakota\" tipli təyyarə ilə toqquşub.
Nəticədə, \"Cessna-150\" təyyarəsi kanala düşüb, göyərtəsində olan 2 pilot ölüb. Digər təyyarə qəza enişi etməyə müvəffəq olub, göyərtəsində olan 2 pilot xəsarət almayıb. Qəzanın səbəbini araşdırmaq üçün xüsusi komissiya yaradılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB