Ermənistanın baş naziri Tiqran Sarkisyan və qardaşı milyonlarla dollarlıq korrupsiyada ittiham edilir. SİA-nın "Armenia Today"ə istinadən verdiyi xəbərə görə, bu iddia ilə bir zaman "Razmavar-Azatakan" partiyasının sədri vəzifəsini tutmuş Arutyun Arakelyan çıxış edib.
Arakelyanın sözlərinə görə, Tiqran Sarkisyan vəzifəsindən istifadə edərək dövlətə məxsus "Nairit" zavodunun səhmlərinin 90 faizini offşor zonada qeydiyyatdan keçmiş, sahibləri naməlum "Rhinoville Property Limited" şirkətinə bağışlayıb. Həmin vaxt Tiqran Sarkisyan Ermənistan Mərkəzi Bankının sədri vəzifəsini tutub və bağışlanma sənədini özü imzalayıb.
Nizamnamə kapitalı isə 20 min dollar olan "Raynovil Properti Limited" şirkəti "Nairit" zavodunun səhmlərinin 90 faizini girov qoyaraq Ermənistan Mərkəzi Bankından 70 milyon dollar kredit götürüb. Həmin pulun yalnız 39 milyon dolları Ermənistan büdcəsinə qayıdıb, qalan puldan isə xəbər yoxdur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB