Rusiyada erməni iş adamı qətlə yetirilib

Rusiyada erməni iş adamı qətlə yetirilib

Rusiyanın Sankt-Peterburq şəhərində erməni iş adamı David Terteryan qətlə yetirilib. SİA-nın erməni mətbuata istinadən verdiyi məlumatına görə, sahibkarı şəhərin Vıborq rayonunda güllələyiblər. Hadisə müşahidə kameraları ilə qeydə alınıb.

Qeyd edək ki, David Terteryan restoran sahibidir və eyni zamanda mebel istehsalı ilə məşğul olurmuş. O, kriminal dairələrdə yaxşı tanınır.

Bütün xəbərlər Facebook səhifəmizdə