ABŞ-ın Nevada ştatında fövqəladə vəziyyət elan olunub. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, rejimin tətbiqinə səbəb Rino şəhəri yaxınlığında müşahidə olunan meşə yanğınlarıdır. İlkin məlumatda bildirilir ki, yanğının ümumi sahəsi 8 min kv.km təşkil edir. 1 nəfər ölüb, təxminən, 20 tikiliyə ziyan dəyib.
Yanğın yerinə yaxın ərazilərdən 10 min nəfər təxliyyə olunub. Alovla mübarizəyə xeyli sayda yanğınsöndürən cəlb olunub. Xilasedicilər alovu nəzarətə götürməyə çalışırlar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB