İtaliyanın baş naziri Mario Monti hökumətin bu günlərdə ölkə Senatının dəstəyini almış yeni proqramını açıqlayıb. SİA-nın xəbərinə görə, İtaliya KİV-lərinin yaydıqları xəbərə görə, yeni proqramın köməyi ilə ölkəni böhrandan çıxarmağa çalışan baş nazir sənəddə üç əsas elementi – sərtlik, inkişaf və ədalət elementlərini qabardıb. M.Montinin əsas məqsədi dövlətin büdcə, o cümlədən sosial ehtiyaclara yönəldilən xərclərini azaltmaqdır. Belə yanaşma gələcəkdə iqtisadi artıma gətirib çıxarmalıdır. M.Montinin proqramı sosial sahələrdə (ilk növbədə müavinət və güzəştlərin ödənilməsində), İtaliyada əmək bazarında (həmkar təşkilatlarının dəstəyi ilə əmək kontraktlarının vahid şəklə salınması) islahatlar aparılmasını, habelə bir sıra vergi islahatları, o cümlədən daşınmaz əmlaka görə tutulan vergilərin strukturunda islahatlar aparılmasını və vergilərdən yayınanlara qarşı tədbirlərin sərtləşdirilməsini nəzərdə tutur. Monti bildirib ki, hazırda İtaliyada ümumi daxili məhsulun 20 faizi gizli iqtisadiyyatın payına düşür. Bu məqsədlə yeni hökumət gizli iqtisadiyyatın leqallaşdırılması üzrə tədbirlər paketi hazırlayır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB