Ağ dənizdə yoxa çıxmış Rusiyaya məxsus \"Kapitan Kuznetsov\" yük gəmisi tapılıb. SİA-nın Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, gəminin küləkli hava şəraitində saya oturduğu məlum olub. Hadisə vaxtı gəmidə olan 11 heyət üzvündən ikisinin yüngül xəsarətlər aldığı, gəminin naviqasiya cihazlarının və bəzi elektrik avadanlıqlarının sıradan çıxdığı bildirilir.
Məlumatda o da qeyd olunur ki, heyət üzvləri havanın dəyişəcəyi barədə xəbərdarlıq almayıblar. Bu səbəbdən, hərəkətin təhlükəsizliyi və dəniz nəqliyyatının istismarı qaydalarının pozulması faktı üzrə cinayət işi qaldırılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB