Tehranda hərbi bazada baş verən partlayışda 27 nəfər ölüb

Tehranda hərbi bazada baş verən partlayışda 27 nəfər ölüb

İran İslam Respublikasınnın paytaxtı Tehran yaxınlığında İnqilabi Qvardiyanın hərbi bazasında 2 partlayış olub. İran telekanallarının verdiyi xəbərə görə, Tehrandan 35 kilometr qərbdə yerləşən Şəhriyar şəhərində hərbi bazanın anbarında baş vermiş partlayış nəticəsində ölənlərin sayı 27 nəfərə çatıb. Partlayış güclü olduğundan yaxınlıqdakı evlərin şüşələri də sınıb.


Qeyd edək ki, İranın dövlət televiziya kanalının yaydığı məlumata görə, partlayışlar hərbiçilər İslam İnqilabı Keşikçiləri korpusuna aid silah-sursatının daşınmasını həyata keçirərkən baş verib.


Bütün xəbərlər Facebook səhifəmizdə