Türkiyə silahlı qüvvələri dünən axşam Mərmərə dənizində qaçırılan bərəni azad ediblər.SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi xəbərinə görə, bu barədə jurnalistlərə İstanbul valisi Hüseyn Avni Mutlu açıqlama verib. Onun sözlərinə görə,bu gün səhər xüsusi təyinatlılar bərənin və girov saxlanılan sərnişinlərin azad edilməsi üçün əməliyyat keçirib. Əməliyyat nəticəsində PKK tərəfdarı olduğu ehtimal edilən terrorçu öldürülüb. Şəxsiyyəti hələlik müəyyənləşdirilməyən terrorçunun üzərində naməlum qurğu aşkarlanıb. Qeyd edək ki, göyərtəsində 20 sərnişin olduğu bildirilən \"Kartepe\" adlı bərə İstanbul ətrafındakı İzmit şəhərindən Karamürsəl şəhərinə doğru gedirmiş. Lakin PKK-nın silahlı qanadı HPG-nin üzvü olduğunu söyləyən terrorçu bərəni qaçırdıqdan sonra jurnalistlərlə görüş tələb edib. Gəmi Yalova şəhəri istiqamətində hərəkət etdikdən sonra yanacağın qurtarması səbəbindən Silivri şəhəri yaxınlığında lövbər salmaq məcburiyyətində qalıb. Bərənin PKK lideri Abdullah Öcalanın saxlanıldığı İmralı adasına yan alma ehtimalı nəzərə alınaraq adada geniş təhlükəsizlik tədbirləri görülüb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB