ABŞ-ın Havay ştatında aviaqəza baş verib. SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, göyərtəsində 5 nəfərin olduğu \"Eurocopter EC-130\" markalı vertolyot Molokai adası ərazisində yerə çırpılaraq alışıb.
Qəza ekskursiya gəzintisi zamanı baş verib. Hadisədən sağ çıxan olmayıb. Qəzanın başvermə səbəbi barədə məlumat verilmir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB