PKK terrorçuları Türkiyənin Batman vilayətinin Gercüş qəsəbəsində xüsusi xidmət orqanlarına aid xidməti maşına hücum təşkil edib. SİA-nın "Zaman" qəzetinə istinadən verdiyi məlumata görə, terrorçular uzun lüləli tüfənglərdən polisə atəş açıblar. Xüsusi xidmət orqanlarına aid maşında olan polislər isə atəşə cavab veriblər.
Maşına açılan atəş nəticəsində 2 polis yaralanıb. Ayaqlarından yaralanan polislərin vəziyyətinin yaxşı olduğu bildirilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB