Yunanıstan hökuməti bu gün baş nazirə etimad səsverməsi keçirəcək

Yunanıstan hökuməti bu gün baş nazirə etimad səsverməsi keçirəcək

Hakim Sosialist partiyası daxilində böyük etirazlardan sonra böhrandan çıxış yolu üzrə Avropa planının referenduma çıxarılması fikrindən daşınan Yunanıstanın baş naziri Yorqos Papandreu yalnız bu gün hökumətdə keçiriləcək etimad səsverməsinin ardından postundan getməyə hazır olduğunu bəyan edib. Yunanıstanın sağ mərkəzi müxalifəti hökumətin istefasını, 3 ay ərzində koalisiya kabinetinin formalaşdırılmasını və Avropa Birliyi ilə kredit razılaşmasının qəbulu ilə paralel növbədənkənar seçkinin keçirilməsini təklif edib.

"Cənab Papandreu Yunanıstaının borc probleminin həlli üçün yeni yardım planı ilə bağlı referendumun keçiriləcəyini elan etdi. Biz bunun ölkə üçün çox təhlükəli olduğunu xəbərdarlıq etdik. Biz referendum qərarının ləğvi üçün mübarizə aparacağımıza da söz verdik. Yeganə çıxış yolu seçkidir və düzgün fikirdə olduğumuz sübuta yetdi."- mühafizəkar müxalifət lideri Antonis Samaras belə deyib.

Öz növbəsində baş nazir Yorqos Papandreu bildirib ki, Yunanıstanın avrozonadan çıxması təhlükəsi həqiqətən də mövcuddur, ancaq o, referendum qərarının açıqlanmasından əvvəl də var idi.

Bütün xəbərlər Facebook səhifəmizdə