Macarıstanda Rumıniyaya məxsus sərnişin avtobusu qəzaya uğrayıb. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, Mako şəhəri istiqamətində hərəkət edən sərnişin avtobusu yük avtomobili ilə toqquşub. Nəticədə, avtobusda olan 15 nəfərdən 14-ü ölüb, digər şəxs və yük avtomobilinin sürücüsü xəsarət alıb. İlkin ehtimala görə, qəzaya yük avtomobilinin sürücüsünün ehtiyatsızlığı səbəb olub. Araşdırma aparılır.
Misirin Qarbiya vilayətində isə sərnişin qatarı ilə yük avtomobili toqquşub. Vilayətin inzibati mərkəzi olan Tantu şəhərində baş vermiş qəza nəticəsində yanğın baş verib. Qatarın 1-ci vaqonu tamamilə yanıb. İlkin məlumata görə, onlarla sərnişin xəsarət alıb. Tələfat barədə məlumat verilmir. Hazırda hadisə yerində müvafiq işlər görülür, yaralılar xəstəxanalara aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB