Yaponiya elektrikə qənaət edəcək

Yaponiya elektrikə qənaət edəcək

Zəlzələ və sunami fəlakətindən sonra Yaponiya elektrikə qənaət etməyə başlayacaq. SİA-nın xəbərinə görə, Ətraf Mühit nazirliyi xalqdan qış boyunca qızdırıcılarını ən çox 20 dərəcədə qədər yandırmağı, üşüməmələri üçün qat-qat geyinməyi, evin içində şal, əlcək taxmalarını, qalın corab geyinməyi və Yapon şorbası içmələrini təklif edib. Nazirlik həmçinin insanların işə gedərkən metrodan bir dayanacaq tez düşərək piyada getmələrini tövsiyə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə