İranın paytaxtı Tehran şəhərində yaşayış binasında uçqun baş verib. SİA-nın İran mətbuatına istinadən verdiyi xəbərə görə, dördmərtəbəli yaşayış binasının uçması 2 nəfərin ölümü və 2 nəfərin xəsarət alması ilə nəticələnib. Yaranmış vəziyyətlə əlaqədar ərazidə müvafiq işlər görülüb.
Bildirilir ki, binanın uçmasına bir neçə gün yağan leysan yağışlar səbəb olub. Qeyri-sabit hava şəraiti paytaxt küçələrini su altında qoyub, nəqliyyatın hərəkəti çətinləşib, qaz və elektrik enerjisinin təchizatında fasilələr yaranıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB